Учредители: Управление делами Президента Азербайджанской Республики и редколлегия газеты
Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
“Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtonda 2010-cu ildə keçirilən nüvə təhlükəsizliyi sammitinə dəvət almaması Ağ Evin diqqətsizliyi idi”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Rusiya KİV-nə açıqlamasında deyib:
“Deyə bilərəm ki, ABŞ prezident İlham Əliyevi Barak Obamanın 2010-cu ildəki ilk nüvə sammitinə dəvət etməməklə böyük səhv edib. Baxmayaraq ki, Ermənistan və Gürcüstan prezidentləri dəvət edilmişdi. Bu diplomatik səhv Ağ Evin diqqətsiz işinin nəticəsi idi”.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama prezident İlham Əliyevi Vaşinqtonda keçiriləcək 4-cü nüvə təhlükəsizliyi sammitinə dəvət edib.